Dünya şöhrətli müğənni kafedə işləyərkən görüntülənib - FOTOLAR

Dünya şöhrətli müğənni Lana Del Rey ABŞ-ın Alabama ştatında vafli kafesində işləyərkən görüntülənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı Del Reyin kafedə çəkilən kadrları sosial mediada yayılıb və böyük marağa səbəb olub.

Uniforna geyinən müğənnin ofisiant işlədiyi məlum olub. "Summertime Sadness" və "Born To Die" kimi mahnıları ilə dünya musiqi platformalarına daxil olan ulduzu görən müştərilər onunla xatirə fotoları çıkdiriblər.

Dünya şöhrətli ulduzun hansı səbəbdən ofisiant işlədiyi məlum olmasa da, onun digər xidmət işçiləri ilə eyni vaxtda fasiləyə çıxdığı qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə