Müğənni Anna Sedokova bir gün əvvəl konsertdə çıxış etsə də, narahatçılıq yaranıb. Belə ki, tədbir başlamazdan əvvəl sənətçi səhnədə yerə yıxılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu gün o, şəxsi bloqunda pərəstişkarları ilə əlaqə saxlayıb və baş verənləri ətraflı izah edib.
...Mühafizəçi ifaçını səhnəyə aparıb. Lakin Sedokova qızını görüb ona əl yelləmək qərarına gəlib. O, qızına baxarkən pilləkənlərə fikir verməyib.
Və nəticədə sənətçi yıxılıb. Müğənni dəhşətli ağrılar keçirdiyini, topuqlarının şişdiyini, lakin pərəstişkarlarını sevindirmək üçün səhnəyə çıxmağa özündə güc tapdığını bildirib. O, əvvəllər heç vaxt belə ağrı yaşamadığını da etiraf edib.
Maraqlıdır ki, müğənni şəxsi bloqunda... “bu mənim son konsertim də ola bilərdi” yazıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB