29 yaşlı aktrisaya gözlənilməz sürpriz edilib - FOTO

Biznesmen Hakan Sabancı 29 yaşlı aktrisa Hande Erçelə gözlənilməz sürpriz edib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, birlikdə tətilə çıxan cütlük ötən gün restoranda romantik axşam yeməyi yeyib. Şam işığında yemək yeyərkən Hakan Sabancı masaya musiqiçiləri dəvət edərək Hande üçün serenada ifa etmələrini xahiş edib. Aktrisanın sosial mediada yayılan bu kadrları marağa səbəb olub.

Məlumat üçün bildirək ki, Hakan Sabancı türkiyəli milyarder, "Sabancı Holding"in sədri Erol Sabancının oğludur. Sabancı ailəsinin 6-7 milyard dollar sərvətə malik olduğu deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə