Dəniz Çakır bu şəxsə ərə gedəcək - FOTOLAR

Aktrisa Dəniz Çakır 2 ildir görüşdüyü sevgilisi Bilgehan Baykal ilə evlənməyə qərar verib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, 41 yaşlı aktrisa iqtisadçı ilə sentyabrın 10-da nikah masasına əyləşəcək. Cütlüyün toyu Kemerburqazda açıq havada keçiriləcək.

Qeyd edək ki, bu, aktrisanın ilk evliliyi olacaq. Aktrisa uzun müddət "Eşkiya dünyaya hökmdar olmaz" serialındakı tərəf müqabili Oqtay Kaynarca ilə sevgili olub.

Bütün xəbərlər Facebook səhifəmizdə