Tariximizi, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamalıyıq. Nə cür həyat yaşamağımızdan asılı olmayaraq, millətə və dövlətə qarşı sevgimizi daim gələcək nəsillərə ötürməliyik. Bizi biz edən də məhz budur. SİA xəbər verir ki, bu sözləri tanınmış aparıcı Mehin Hümbətova sosial mediada yazıb. Ailəsi ilə birlikdə İtaliyada dincələn aparıcı bildirib ki, bu səfəri zamanı ilk dəfə 1937-ci ildə Avstriya naşiri E.P.Tal tərəfindən alman dilində nəşr edilən "Əli və Nino" romanının müəllifi Qurban Səidin məzarını ziyarət etmək şansı qazanıb.
"Qurban Səid kimi tanıdığımız Məhəmməd Əsəd bəy yaşadığı keşməkeşli həyat tərziylə, vətəndən kənar yaşadığı həsrətlə belə əsərlərində vətənə və millətə olan sevgisini oxucularına aşılamaqdan usanmadan ömrünü qərib ölkədə sonlandırdı. Yaşadığımız haqsızlıqlar bizi vətən sevgisindən usandırmasın!", - Mehin yazıçının məzarı önündə çəkdirdiyi fotonu paylaşaraq qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB