İki gün əvvəl hovuza yıxılan və başından zədə alan müğənni Derya Uluğun konsert öncəsi səhhəti pisləşib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, ulduz 15 İyul Yalovanın işğlandan azad edilməsinin ildönümü çərçivəsində keçirilən tədbirə gecikib. Belə ki, o, Yalova Bələdiyyəsinin təşkil etdiyi konsertdə səhnəyə çıxmalı olub, lakin onun Demokratiya və Cümhuriyyət meydanında baş tutan konsertə gecikməsi tamaşaçıların gərginləşməsinə yol açıb. Təxminən 1,5 saat gec başlayan konsertdə səhnəyə çıxan Derya Uluğ yalovalılardan üzr istəyib. O bildirib ki, keçirdiyi qəza ilə əlaqədar səhhəti pisləşib.
"Bunu nə sizə, nə başqasına göstərmədən səhnəyə çıxmaq arzusunda idim, amma 2 gün əvvəl qəza keçirdim. Başımda tikişlər var. Bu gün buraya gəlmək üçün özümü məcbur etdim, amma səhnədən əvvəl yenidən pisləşdim. Ona görə də hüzurunuza gecikdiyim üçün üzr istəyirəm. Səhhətim icazə verdiyi qədər səhnədəyəm, bunu bilməyinizi istəyirəm. Nadir hallarda idman ayaqqabısı ilə səhnəyə çıxıram. Bu gün məcbur qaldıq", - ulduz qeyd edib.
Məşhur sənətçi başındakı yaralarını gizlətmək üçün səhnəyə bandana ilə çıxıb. İddia olunub ki, Derya hovuzda əylənərkən müvazinətini itirərək yerə yıxılması nəticəsində başı yerə çırpılıb və yarılıb. Konsertin sonunda Yalova Bələdiyyə Başçısı Mustafa Tutuk və həyat yoldaşı Gökşen Tutuk səhnəyə çıxaraq, müğənniyə tədbirdə iştirakına görə güllər təqdim ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB