ABŞ-dən olan aktrisa, model Lindsi Lohan 37 yaşında ilk dəfə ana olub. SİA xəbər verir ki, aktrisanın oğlu dünyaya gəlib.
Belə ki, Lindsi Lohan oğluna Luay adını qoyub. Ərəb dilindən tərcümədə bu söz “şöhrətli döyüşçü” mənasını verir.
Körpənin dəqiq doğum tarixi hələ dəqiqləşdirilməyib, lakin uşaq son illərdə Lohanın yaşadığı Dubayda doğulub.
Əlavə edək ki, körpənin atası Bader Şammas adlı ərəb iş adamıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB