Dueyn Conson Hollivudun ən çox qazanan aktyoru olub

Dueyn Conson Hollivudun ən çox qazanan aktyoru olub

ABŞ aktyoru Dueyn Conson, Kris Evans və J.K.Simmonsun da rol aldığı "Red One" filmi ilə tamaşaçılarla görüşəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, aktyor bu filmdən 50 milyon dollar qazanıb.

Dueyn Conson adını Hollivud tarixinə yazacaq rekorda imza atıb.

Qeyd edək ki, aktyor 2019-cu ildə çəkilmiş "Jumanji: The Next Level" filmindən və "Qırmızı Notice" filmindən 23,5 milyon dollar qazanıb. Bu rekord daha əvvəl kiçik Robert Dauniyə məxsus idi. Aktyor “Kapitan Amerika: Vətəndaş Müharibəsi” filmindən 40 milyon dollar qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə