Türkiyənin məşhur aktyoru 4 illik sevgilisi ilə ailə qurub - FOTOLAR

Türkiyənin məşhur aktyoru Ahmet Kural 4 illik sevgilisi Çağla Gizem Şahinlə evlənib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük Bodrumda nikah masasına əyləşib.

Toyda lentə alınan maraqlı fotoları təqdim edirik:

Qeyd edək ki, Çağla Gizem Şahinlə sevgili olan Ahmet Kural ötən il mart ayında sosial media hesabında sevgilisi ilə ayrıldığını yazmışdı. Dörd illik münasibətlərini qəfil bitirən cütlük may ayında yenidən barışdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə