Sən demə, fələstin əsilli model də çəkənmiş...

...Supermodel Djidji Hadid marixuanadan istifadə və saxladığı üçün Kayman adalarında saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri TMZ yayıb.

Məlum olduğu kimi, model iyulun 10-da şəxsi təyyarəsi ilə Ouen Roberts Beynəlxalq Hava Limanına enib və baqajı ilə gömrükdən keçib.

Gömrük və sərhəd nəzarəti əməkdaşları onun çantalarını skanerdən keçirib, yoxlayaraq az miqdarda marixuana və siqaret üçün lazım olan əşyalar aşkar ediblər.

Bundan sonra Hadid və yoldaşı həbs olunub, lakin qız daha sonra 1000 dollar girov müqabilində sərbəst buraxılıb.

Qeyd edək ki, bir müddət əvvəl britaniyalı müğənni Zeyn Malik keçmiş sevgilisi Djidji Hadidin anasına qarşı zorakılıq iddialarına ilk dəfə münasibət bildirib.

İfaçı şəxsi həyatı ilə bağlı şayiələrə cavab verməməyə üstünlük verdiyini bildirib. Eyni zamanda o, daha əvvəl Yolanda Hadidlə aralarında mübahisə olduğunu və qadının Djidji Hadidin bir neçə həftədir evdə olmadığı bir vaxtda onun evinə gəldiyini təsdiqləyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə