Aktrisa Beren Saat kiçik bir qəza keçirib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Beren Saat dünən həyat yoldaşı Kənan Doğulu ilə hava limanında görüntülənib. Təyyarədən avtomobilə qədər əlil arabası ilə gedən kino ulduzunun bu halı izləyicilərini narahat edib. Paparazzilər cütlüyə yaxınlaşıb onları çəkmək istəsə də, hava limanı əməkdaşları icazə verməyib. Aktrisa isə ayağının burxulduğunu və təhlükəli bir vəziyyət olmadığını deməklə kifayətlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB