Qısa müddətdə Türkiyədə məşhur olan azərbaycanlı hip-hop ifaçısı Asya Alizade Bakıya gəlib. SİA xəbər verir ki, məşhur müğənni 15 iyul tarixində Elektra Events Hall-da baş tutan Ayaz Babayevin solo konsertində özəl qonaq kimi çıxış edəcək. Bu barədə A.Babayev instaqram hesabında məlumat verib. Müğənni həmkarının məşq prosesindən görüntülərini yayaraq Asyanın da səhnəyə çıxacağını bildirib.

Alizade ilk dəfə Bakıda hitlərini səsləndirəcək, şou göstərəcək.

Qeyd edək ki, günlərdir anonsu gedən Ayaz Babayevin musiqili gecəsində bir çox tanınmış simalar yer alacaq.

Məlumat üçün bildirək ki, azərbaycanlı reper Asya Əlizadə kliplərində narkotik vasitələri təbliğ etdiyi üçün Türkiyədən deportasiya edilməsi təhlükəsi ilə üzləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə