Məşhur aktyorun səhhətində ciddi problem yarandı

Məşhur aparıcı və aktyor Ufuk Ozkanın qaraciyər çatışmazlığından əziyyət çəkdiyi məlum olub. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məşhur özü sosial mediada məlumat yayıb. Son vaxtlarda arıqlaması ilə diqqət çəkən məşhur bildirib ki, bir müddətdir sözügedən xəstəlikdən müalicə alır.

"Orqan transplantasiyası ehtimalını nəzərə alaraq, təbii ki, mənim vəziyyətim mütəmadi olaraq mütəxəssis həkimlər tərəfindən nəzarətdə saxlanılır. İnkişaf edə biləcək proseslərlə bağlı əvvəlcədən müzakirələr aparılır. Sevdiklərimdən narahatlıq mesajları aldıma, çox üzülüblər. Həyat bizi xəstəliklə yaşamağı öyrənməyə məcbur edir. Amma bu proseslərin işimə təsir etməsinə heç vaxt icazə verməmişəm. Bu gündən sonra da belə bir niyyətim yoxdur, inşallah tez bir zamanda yeni serial və filmlərlə qarşınıza çıxacam. Bütün sevgi və dua dolu mesajlarınız üçün çox sağ olun. Hörmət və sevgilərimlə, Ufuk Özkan", - aktyor yekunda qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə