ABŞ-nin məşhur pop ulduzu Kristina Aqilera Türkiyədə ilk konsertini Antalyanın Belek şəhərində verəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, dünya şöhrətli müğənni avqustun 8-də “Regnum Live in Concert” tədbirləri çərçivəsində “Regnum Carya Pearl Event Area”da pərəstişkarları ilə görüşəcək.
Qeyd edək ki, Aqilera 7 Qremmi mükafatına layiq görülüb. 1999-cu ildə musiqi karyerasına başlayan sənətçi indiyədək 9 alboma imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB