Gökay Kalaycıoğlunun təqdimatı ilə Haberler.com-un YouTube kanalında yayımlanan "Haber Bahane" proqramına qonaq olan Mehmet Ali Erbil cinsəl həyatı barədə şok açıqlamalar verib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, illər əvvəl biseksuallıqla bağlı açıqlamaları ilə gündəmdən düşməyən Ərbil jurnalistin "Biseksuallıq yaşadınızmı" sualına cavab verib:
"Mən heç bir şəkildə yaşamamışam. Yaşasaydım, deyərdim. Heç bir şəkildə çəkinməzdim", - Ali Erbil qeyd edib.
Mehmet Ali Erbil Kalaycıoğlunun "Bu qədər xəstəlikdən sonra uzun müddət xəstəxanada yatdınız. Cinsi cəhətdən sağlamsınızmı?" sualına isə "Allaha şükürlər olsun. Cinsi cəhətdən sağlam kişiyəm, 20 yaşlı qızla ola bilərəm. Andropozaya girməmişəm, seksuallığım davam edir", - 66 yaşlı məşhur deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB