"Aşk-ı Memnu" ulduzu etiraflarını dilə gətirdi

"Aşk-ı Memnu"da Cəmilə obrazını canlandıran aktrisa Pelin Ermiş ilk dəfə serial haqqında danışıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, MAG jurnalının iyul sayına müsahibə verən ulduz xatirələrini bölüşüb.

"Aşk-ı Memnu" necə serial idi! Məktəbi bitirdikdən sonra ilk peşəkar işim idi. Oxuyarkən oynadığım bir neçə serial olmuşdu. Amma sən demə onlar treyler idi... O vaxtlar kifayət qədər ibrətamiz idi. Çəkiliş meydançası, kamera, oyun bir çox rakurslardan bir səhnə, davamlılıq, real məkan, personajlar. Evin içindəki ocaq, hekayə kimi bir çox ziddiyyətli səhnələr, bu, gözəl təcrübə idi! Çox şey öyrəndim, özümü yenidən və başqa şəkillərdə kəşf edirdim. Hilal Saral orijinallığı yaşadan rejissor idi. Bir yerdə xoşbəxt yaşayırdıq, gözəl, qiymətli bir gün idi. İndi ilə müqayisədə təbii ki, fərqlər görürəm. O vaxtlar Instagram, Twitter yox idi. Olsa, nə olardı, kim bilir? Bu dövr mənə daha mürəkkəb görünür; O vaxtlar yalın və bəzəksiz idi", - Pelin müsahibəsində bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə