Kardaşyan yeni sevgi macərasına başlamamasının səbəbini AÇIQLADI

Kim Kardaşyan yeni sevgi macərasına başlamaq istəməməsinin səbəbini açıqlayıb. SİA xəbər verir ki, amerikalı kinoaktrisa və porno ulduz Kim Kardaşyan reper Kanye Vestdən boşandıqdan sonra yeni münasibət qurmağa tələsmədiyini bildirib. Onun sözlərini "The List" sitat gətirib.

42 yaşlı məşhur bunu övladlarının tərbiyəsilə məşğul olması ilə əlaqələndirib. O qeyd edib ki, Vest ilə evlilikdən dünyaya gələn iki qız və iki oğlu hər gün onu sonsuz qayğı və sevgi ilə əhatə edir, buna görə də həyatından tamamilə razıdır.

Eyni zamanda, Kardaşyan etiraf edib ki, üç uğursuz evlilik yaşadığına baxmayaraq, o, güclü bir sevgi münasibəti qurmaq niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə