"Artıq özüm-özümdən hərdən bezirəm" - AYSUN

Demirəm ki, sevilmirlər, gündəmdə yoxdular, əksinə məndən qat-qat istedadlıdılar. Amma heç kim özünə "star" deməsin də qurban olum. Bizim starlarımız bəllidir kimdir. Ondan o tərəfə çıxası deyilik. Maksimum bir dönəmin gündəmdə olan müğənnisi ola bilərik. SİA xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova ARB kanalında yayımlanan "Xəbər Ətər" proqramında qonaq olarkən deyib. İfaçı bildirib ki, ən çox toya gedən ifaçılardan biridir.

"Star bambaşqa bir şeydi. Gündəmdə varam, onu hardan bilirəm? Təqdim etdiyim mahnıların ard-arda trend olmağından, baxış saylarının milyonları keçməyindən, bir milyonda ilişib qalmamasından, hansı səhifəni açıram, orda özümü görürəm. Artıq özüm-özümdən hərdən bezirəm", - Aysun qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə