Ancelina Coli Bred Pitti bizneslərini “dağıtmaqda” günahlandırır

Ancelina Coli Bred Pitti bizneslərini “dağıtmaqda” günahlandırır. SİA xəbər verir ki, Ancelina Coli keçmiş əri Bred Pittə qarşı yeni iddia qaldırıb.

Colinin iddiasında deyilir ki, Pittin ümumi şərab biznesindəki payını satmaq qərarı düzgün deyil: "Pitt şərabçı deyil, aktyordur. O, illüziyalarla məşğul olur, palçıq və üzümlə deyil".

Coli bildirib ki, əri onların ailə biznesini talayıb və gəlir əldə etmək üçün səsyazma studiyasının təmiri də daxil olmaqla mənasız layihələrə milyonlarla dollar xərcləyib.

Coli və Pitt üzüm bağlarını 2011-ci ildə alıblar. 3 ildən sonra Pitt “Wine Spectator” jurnalına müsahibəsində deyib: “Mən indi fermerəm, torpağı öyrənməyi, bu və ya digər üzüm üçün hansı sahənin daha uyğun olduğunu öyrənməyi xoşlayıram”.

Məşhur cütlük 2014-cü ildə Fransada ailə qursa da, 2 ildən sonra boşandığını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə