Özgü Namal 9 il aradan sonra ekrana qayıdır

Xəbər verdiyimiz kimi, "Kurtlar vadisi" serialında canlandırdığı "Elif" obrazıyla sevilən aktrisa Özgü Namal 9 il aradan sonra ekrana qayıdır. SİA xəbər verir ki, aktrisanın yeni serialında bölüm başına 700 min lirə (təxminən 45 min 635 manat) alacağı ortaya çıxıb. O, layihədə xadimə, "Meryem" obrazına həyat verəcək.

Qeyd edək ki, "Kızıl goncalar" serialında Özgünün tərəf müqabili müğənni-aktyor Özcan Denizdir.

Aktrisa son olaraq 2014-cü ildə final edən "Merhamet" serialında rol alıb. O, bir müddət "Yetenek sizsiniz Türkiye" telelayihəsində də yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə