Bu gün uşaqlığıma qayıtdım. Selena və mən qəribə hislər keçirirdim. Nədənsə mən də uşaq olmaq istəyirdim. Həm təhsil aldığım orta məktəbi, həm də musiqi məktəbimi kənardan izləmək üçün getdim. Ən çətin və ən xoş günümdə belə özümü doğulduğum torpaqda, Gəncəmdə huzurlu hiss edirəm. SİA xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva sosial mediada yazıb. Uşaqlıq xatirələrini bölüşən müğənni bildirib ki, o günlər üçün çox darıxır.
"Bilirsiz niyə? Çünkü o vaxtlar qayğı olsa belə, çox məsum idim. Bəlkə də, indiki zamanda bilmədən günah etmişəm, dəyər verdiyim insanların qəlbini qırmışam. Düşünürəm ki, elə böyüməyin də adı budur. Heç kim mələk deyil, günahsız insan da yoxdur. Sadəcə hər zaman dediyim bir söz var: Heç kimi bilib-bilmədən qınamayın, bilmirik... Biz onun yerində olsaydıq, bəlkə daha çox pisliklər edib önə gedərdik, ya da daha çox insalara qarşı vicdansız və mərhəmətsiz olardıq? Yaşayın, sevin həyatınızı, ən çox da özünüzü sevin, özünüzə dəyər verin ki, sizi də sevib dəyərli bilsinlər", - sənətçi qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB