Müğənni Gökselin dünən Harbiyedə baş tutan açıq hava konsertində xoşagəlməz qəza verib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, aylardır Harbiye konsertinə hazırlaşan müğənni Göksel dünən səhnəyə çıxıb. Uzun fasilədən sonra 3 saatlıq konsert proqramı ilə çıxış edən ifaçı tamaşaçılara unudulmaz gecə yaşadıb. Lakin konsertin başlancığı gözlənildiyi olmayıb. Belə ki, havaya buraxılan finşənglər ön sırada oturan iki nəfərin yaralanmasına səbəb olub.
Məlum olub ki, fişənglər bir nəfərin əlini yaralayıb, digərinin isə başına dəyib. Yaralanan şəxslərə tikiş atılıb, bildirilib ki, hər ikisinin səhhəti yaxşıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB