Müğənni Xuraman Şuşalı "Elgizlə izlə" proqramında estetik əməliyyatlar barədə danışıb. SİA xəbər verir ki, verilişin aparıcı Elgiz Əkbər ifaçının burnunun estetik əməliyyata ehtiyacı olduğunu deyib: "Xuraman qəşəng xanımdır, amma bircə burnu... Neçə ildir o burnu Xuramana əməliyyat etdirə bilmirəm. Əgər əməliyyat etdirsə, lap qəşəng olacaq".
Xuraman estetik əməliyyat etdirmək fikri olmadığını deyib: "Olanım budur. Bir azdan adım kitaba düşəcək ki, 40 yaşım var, heç bir estetik etdirməmişəm. Hələ ki, nəsə elətdirmək fikrim yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB