Mələkxanım Əyyubova ailəsi ilə fotolarını paylaşıb - FOTOLAR

Xalq artisti Mələkxanım Əyyubova ailəsi ilə fotolarını paylaşıb. SİA xəbər verir ki, şəkillərdə xanəndənin oğlu Cəfər, gəlini Səadət, nəvələri - Adil və Mələk yer alıb. Mələkxanım nəvəsi Adili ad günü münasibəti ilə təbrik edib:

"Balamın balası, ürəyim, evimizin balı, şəkəri, Adil qaqaşımız. 4 yaşın mübarək. Nə yaxşı ki, varımızsan".

Qeyd edək ki, Cəfər 2014-cü ildə ailə həyatı qurub. Xalq artistinin daha bir oğlu və iki qızı var.

Bütün xəbərlər Facebook səhifəmizdə