Türkiyənin məşhur aktrisası Aslı Ənvər ilk dəfə ana olub. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, 39 yaşlı ulduzun qızı olub. Aktrisa ilə həyat yoldaşı Berkin Gökbudak qızlarına Elay adını qoyublar. Aktrisaya yaxın mənbə bildirilib ki, ana və körpə hazırda özlərini çox yaxşı hiss edirlər.

Qeyd edək ki, cütlük aktrisanın hamilə olduğunu öyrəndikdən sonra evlənməyə qərar verib. Onların nikahı 2022-ci ilin noyabrında baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə