TV8 kanalının 54 yaşlı direktoru, məşhur aparıcı Acun Ilıcalının gənc sevgilisi Ayça Çağla Altunkayanın doğum günü təbriki gündəm yaradıb. Və belə görünür ki, onlar arasındakı 30 yaş fərqi münasibətlərinə təsir göstərmir. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur teleaparıcı Ayça Çağla Altunkaya ilə çəkdirdiyi pozaları 13 milyon izləyicisi olan İnstaqram hesabından paylaşıb. Aparıcının 24 yaşı tamam olan sevgilisi ilə çəkdirdiyi gülməli kadrlara yazdığı romantik sözlər isə diqqət çəkib.
"Bu gün hisslərimi qulağına dedim ki, hamı eşitməsin. Ad günün mübarək, hər günümüz belə xoşbəxt olsun" , - Acun qeyd edib.
Xatırldaq ki, Acun Ilıcalı bu yaxınlarda gənc sevgilisi Ayça Çağla Altunkaya haqqında suallara belə cavab vermişdi: "Çox xoşbəxt münasibətim var. Çağla ilə kiçik və məsum dünyamda çox xoşbəxtəm. O dünya mənim üçün çox rahatdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB