Tanınmış aparıcı və aktrisa bayram tətilini Kuşadasında keçirib - FOTOLAR

Tanınmış aparıcı və aktrisa Turanə Hüseynli bayram tətilini Türkiyənin məşhur kurort şəhərlərindən biri olan Kuşadasında keçirib. SİA xəbər verir ki, sosial media hesabından tətil fotolarını paylaşan aparıcı səyahətə tək yollandığını və tək darıxmadığını bildirib. Başına gələnləri mütəmadi olaraq izləyiciləri ilə bölüşən aparıcının bir neçə mesajı diqqət çəkib. Üzünün görünmədiyi fotosunu paylaşan aparıcı ailə qurduqdan sonra sosial media hesabını bağlayan qızlara söz atıb.

"İmkanlı oğlana ərə gedib, "private account" (özəl hesab) işlədib, profilini 28 podruqası və xanım qohumlarının izlədiyi, getdiyi lüks məkanları paylaşmadan dayana bilmədiyi üçün yalnız üzü düşməyən şəkillər paylaşan qız paylaşımı", - Turanə qeyd edib.

Növbəti paylaşımında Bakıya döndüyünü deyən aparıcı hava limanında növbə mədəniyyətinin olmamasından gileylənib:

"Hara gedək orda azərbaycanlılar olmasın, sıramızı pozulmadan və əsəbiləşmədən keçək?!", - məşhur üsyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə