Xoşqədəm Hidayətqızından Doğuşa jest

Bir neçə gün əvvəl boşanacaqları barədə xəbərlər çıxsa da, məlum olub ki, aparıcı Xoşqədəm Hidayətqızı ilə həyat yoldaşı, müğənni Doğuş barışıb. SİA xəbər verir ki, aparıcı sosial media hesabında Doğuşu doğum günü münasibəti ilə təbrik edib: "Doğum günün mübarək, əzizim Doğuş. Hər zaman uşaqlarının, ailənin və sevənlərinin qürur mənbəyi olasan".

Qeyd edək ki, cütlüyün boşanma xəbəri ilk dəfə Türkiyə mediasında yayımlanıb. Məşhur aparıcı türk müğənni ilə 2014-cü ilə ailə qurub. Onların Arda və Arın adlı əkiz övladları var.

Bütün xəbərlər Facebook səhifəmizdə