Bakterial infeksiya ilə xəstəxanaya yerləşdirilən amerikalı müğənni Madonna xəstəxanadan evə buraxılıb. SİA xəbər verir ki, 64 yaşlı müğənni şəxsi təcili yardım maşını ilə Nyu Yorkdakı evinə aparılıb. İfaçının vəziyyətinin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, müğənninin meneceri Qay Osri Madonnanın bakterial infeksiyaya tutulduğunu açıqlayıb. Səhnə ulduzu bir neçə gün xəstəxananın reanimasiya şöbəsində yatıb. Xəstəliyə görə müğənninin bütün fəaliyyəti, o cümlədən yubiley turu təxirə salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB