Türkiyəli müğənni Aleyna Kalaycıoğlu Azərbaycan dilində mahnı oxuyub. SİA xəbər verir, ifaçı sözləri Rəşad Dağlıya, musiqisi Ramal İsrafilova aid olan “Vurulmuşam” adlı mahnını səsləndirib.
Qeyd edək ki, Aleyna Kalaycıoğlu Amerkanın Los-Anceles ştatında təyyarə mühəndisliyi təhsili alıb.
O, 2021ci ildə “Survivor Türkiyə”yə qatılıb və yüksək performans sərgiləyərək yarışmanın finalisti olub. “Survivor” zamanı performansıyla bərabər səsi də izləyicilər tərəfindən bəyənilib.
Bu səbəbdən də Türkiyənin musiqi sektorunda önəmli adlardan olan Polat Yağcı tərəfindən işbirliyi təklifi alıb. Uşaqlıqdan da mahnı oxumağa marağı olan Aleyna Kalaycıoğlu hal-hazırda Türkiyədə müğənnilik kariyerasını davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB