Çəkiliş zamanı ifaçılar qorxu dolu anlar yaşayıb

"Həmin Zaur" verilişi növbəti çəkilişini Antalyada edib. SİA xəbər verir ki, proqramın qonaqları Əməkdar artist Mətanət İsgəndərli, müğənnilər Türkan Vəlizadə və Adil Karaca olub.

Çəkiliş zamanı yaxta gəzintisinə çıxan ifaçılar qorxu dolu anlar yaşayıb. Yaxtanı aparıcı Zaur Kamal idarə edərkən təhlükəli hərəkətlər edib. Türkan isə sudan qorxduğunu, özünü pis hiss etdiyini deyərək, Zaura diqqətli olması və yavaş sürməsi üçün yalvarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə