Taylor Svift səs-küy çirkliliyinə görə performansını ləğv edir
Amerikalı müğənni Taylor Svift şounun əlaqəli olacağı səs-küy çirklənməsi təhlükəsi səbəbiylə Brüsseldəki çıxışını ləğv edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “The Daily Telegraph” yayıb.
Qeyd edək ki, Belçika paytaxtındakı konsert “Eras” turu çərçivəsində 2024-cü ildə baş tutmalı idi. Maraqlıdır ki, qərarın vətəndaşların qayğısına qalmaq məqsədilə qəbul edildiyi qeyd edilir.
“Zvuk Media” nəşrinin yazdığına görə, şounun 50 000 tamaşaçı tutumuna malik Kral Boduen stadionunda keçirilməsi planlaşdırılırdı.
Xatırladaq ki, bundan əvvəl bu məkan Beyonce, The Rolling Stones və Coldplay kimi sənətçilərin şoularına da ev sahibliyi edib.
Bir müddət əvvəl Teylor Svift ABŞ-ın Filadelfiya şəhərində “Eras” turu çərçivəsində konsert zamanı bir qadının mühafizəçinin aqressiv davranışından əziyyət çəkdiyinə görə pərəstişkarına pulsuz biletlər vermişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB