Aktyor Kıvanç Tatlıtuğ ilk dəfə belə görüntüləndi - FOTO

Türkiyədə yayımlanan "Ailə" serialında baş rolu canlandıran aktyor Kıvanç Tatlıtuğ ilk dəfə oğlu Efe ilə birlikdə görüntülənib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, aktyor stilist həyat yoldaşı Başak Dizer və oğulları Efe ilə birgə Yalıkavaka istirahətə yollanıblar. Aktyor uzun müddətdir oğlunun üzünü izlətsə də, ötən gün paparazzilərin kameralarına tuş gəlib.

İzləyiciləri sosial mediada yayılan kadrlara Kıvançın oğlunun atasına bənzədiyini yazıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə