Gənc müğənni görünüşü ilə bağlı şərhlərə cavab verdi

XXI əsrdə doğulan və Oskar qazanan ilk şəxs olan ABŞ müğənnisi Billi Ayliş diqqətçəkən açıqlamalar verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, populyar müğənni haqqında bilinməyənlərdən danışıb. Bədəni ilə bağlı yazılan şərhlərdən də danışan gənc müğənni narahatlığını dilə gətirib: "Əgər mən məsələn, 11 yaşımda olsaydım və sosial şəbəkələrdə mənim haqqımda indiki kimi danışılsaydı, düzünü desəm, var ola biləcəyimi düşünmürəm. Özümü əvvəlkindən daha çox sevirəm. Onların necə hiss etdiyindən çox mənim necə hiss etdiyimlə maraqlanıram, amma yenə də bu cür şərhlər duyğularımı çox incidir."

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə