“Mənə elə gəlir son vaxtlar gənclərin aqressiyası çoxdur”. SİA xəbər verir ki, bu sözləri Rövşanə Ağasəfqızı aparıcısı olduğu “Qarşı-qarşıya” verilişində deyib.
O, gənclərin manqurtlaşdığını bildirib: “Müxtəlif yaradılan qurumlar, təşkilatlarda gənclər işləyir. Hərdən deyirəm ki, bu uşaqlar zombidirlər. O qədər içlərində ruhsuzluq var. Bəzi banklarda, qurumlarda işləyənlər – hamısına aid deyil, gördüklərimə aiddir. Sanki insani hisslər ikinic plana keçib. Robot kimi olublar. İnsan və ya kompyuter – fərqi yoxdur. Manqurtlaşıblar, müdirin yanında işgüzar görünməlidirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə