Yadımdadı, o vaxt Andrey Mironov da ona “elçi düşmüşdü”

...Gərək ki, bəzi orta yaşlıların yadında qalmış olar: RSFSR xalq artisti Natalya Fateeva gəncliyində çox məşhur, özü də gözəl bir aktrisa idi. Deyim ki, həmən vaxtlar o, prezident Putinin də əsas təbliğatçılarından biri olub. İndi onun 88 yaşı var və keçmiş şöhrətindən yalnız filmlərindən qeydləri qalıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, məşhur aktrisa həyatının son illərini yoxsulluq və tənhalıq içində yaşayır və praktiki olaraq sərbəst hərəkət edə bilmir.

Qeyd edək ki, Fateevaya şöhrəti "Üç üstəgəl iki", "Bəxt cənabları", "Moskva-Kassiopiya" və bir çox başqa filmləri gətirmişdi. 1999-cu ildə “Şərəf” ordeni ilə təltif edilən aktrisa, 2014-cü ildə “Küləkdə uçan yarpaqlar” filmində “Ən yaxşı ikinci plan aktrisası” nominasiyasına görə “Nika” mükafatı alıb

Amma indi o unudulub və heç yada belə düşmür.

Deyilənlərə görə, dövri olaraq dostlarından yalnız biri ona qulluq edir - prodüser Bari Alibasov. O, həkimlərin pulunu ödəyir və avtomobilini praktiki olaraq hərəkətsiz qalan sənətçiyə verir.

Qeyd edək ki, Fateeva da dövrünün aktrisalarından geri qalmayaraq,.. üç dəfə ərdə olub. Belə ki, onun ikinci və sonuncu evliliyindən uşaqları var - qızı Natalya və oğlu Vladimir. Amma nə xeyri?

Deyilənlərə görə, o günlərdə yıxılıb ombasını əzən aktrisanın yaxınları ilə heç bir münasibəti yoxdur.

Xatırlayıram "Üç üstəgəl iki" filmində Fateeva ilə tərəf müqabili olan Andrey Mironov sonradan ona “elçi düşmüşdü”. Amma Andreyin anası bu izdivaca imkan vermədi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə