Rokun kraliçası adlandırılan mərhum dünyaca məşhur müğənni Tina Törnerin oğlu Ayk Törner həbs edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb onun narkotik saxlaması və saxta işlərdə ittiham edilməsi olub.
Bildirilib ki, Törnerin oğlu onun ölümündən bir neçə həftə əvvəl həbs olunaraq Texas həbsxanasına göndərilib. O, mayın 6-da 70 min dollar (təxminən 118 min 996 manat) girov ödədikdən sonra Brazoriya qraflığının həbsxanasına yerləşdirilib.
Məlumata görə, Ayk işıqforda təhlükəsizlik qaydalarını pozduğuna görə saxlayıb. Nəqliyyat vasitəsinə baxış keçirildikdə avtomobilində narkotik aşkarlanıb və onlar müsadirə edilib.
Qeyd edək ki, Tina Törner mayın 24-də uzun sürən xəstəlikdən vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB