"Bir-birimizə dəyər vermirik, hörmət etmirik" - Nura Suri

Ölkəmizdə son baş verən hadisələr bir vətəndaş kimi, insan kimi məni çox narahat edir. Zaqatalada insanların itlərə etdikləri vəhşiliyi görəndən sonra özümü toparlamağa çalışırdım ki, Gədəbəydəki hadisə məni mənəvi çökdürdü. Ağladım o görüntüyə. Ürəyim partlayır. SİA xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial mediada yazıb.

Müğənni bildirib ki, Gədəbəy rayonu Söyüdlü kəndində inşa olunan süni gölün tikintisi ilə əlaqədar dünən etiraz edən kənd sakinlərinə qarşı göz yaşardıcı qazdan istifadə edilməsi və polis əməkdaşının yaşlı qadına əl qaldırması ona çox pis təsir edib:

"Belə davam edərsə, mən köçüb başqa ölkəyə gedəcəyəm. Bir-birimizə dəyər vermirik, hörmət etmirik. Yaşlı qadınlara o əziyyəti verən hər kəs cəza almalıdır", - deyə müğənni bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə