Məşhurlar bikinidə görüntüləndilər - FOTOLAR

Demet Akalın, Saadet Işıl Aksoy və Nəsrin Cavadzadə tətil üçün Bodruma yollanıb. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, sosial mediadakı paylaşımları ilə Bodrumdakı qiymətlərdən şikayət edən Demet Akalın ötən gün ailəsi və dostları ilə sadə bir qayıqla dənizə çıxıblar. Gündəlik qiyməti 10 min lirə olan qayıq Akvarium körfəzində lövbər salıb. Demet dostları ilə yeməkdən sonra günəş qəbul etmək istəsə də, yağış buna mane olub.

Nəsrin Cavadzadə qaldığı otelin çimərliyində görüntülənib. Uzun müddət sahildə günəş vannası qəbul edən aktrisa bir müddət sahildə təkbaşına gəzdikdən sonra otağına qayıdıb.

Bir jurnalın təşkil etdiyi tədbir üçün Bodruma gələn Saadet Işıl Aksoy ötən gün səhər tezdən qaldığı otelin çimərliyində dincələrkən paparazzilərin kameralarına tuş gəlib. Səhər saatlarında dənizin dadını çıxaran aktrisa estakadadan suya atılaraq yarım saat üzüb.

Bütün xəbərlər Facebook səhifəmizdə