Dost bildiklərimin yarısı zay çıxmışdı - APARICI

Sizi bilmirəm, mən məktəbi bitirəndə kədərlənmirdim. Onsuz da öyrəndiklərimi məktəbdən yox, öz oxuduğum başqa mənbələrdən bilirdim. Dost bildiklərimin yarısı zay çıxmışdı. SİA xəbər verir ki, bu sözləri İctimai televiziyanın tanınmış aparıcısı Nərmin Salmanova sosial mediada yazıb. Son zəng xatirələrini bölüşən aparıcı məktəbi bitirdiyi üçün qətiyyən üzülmədiyini qeyd edib: "Son zəngi də 10 il bir yerdə oxuduqlarım ilə deyil, son 1 ili oxuduğum uşaqlarla "xala-xətrin qalmasın" deyə keçirdim. Məktəbi bitirənlərə uğurlar arzulayıram. Kefinizi buna görə pozmayın, ən pis şeylər hələ qabaqdadır".

Bütün xəbərlər Facebook səhifəmizdə