Nigar Camal cəlbedici fotoları ilə gündəm yaradıb

42 yaşlı müğənni Nigar Camal cəlbedici fotoları ilə gündəm yaradıb. SİA xəbər verir ki, tanınmış sənətçi ultra mini ətəkdə kamera qarşısına keçərək cəlbedici pozalar verib. Onun instaqramda paylaşdığı kadrları və əfsanəvi dizayner Koko Şaneldən çəkdiyi sitatı böyük diqqət çəkib.

"Otuz yaşında gözəl, qırxında cazibədar və bütün ömrün boyu qarşısıalınmaz ola bilərsən", - ulduz qeyd edib və bununla ona işarə vurub ki, 40-ı haqlasa da, heç bir yaş kompleksi yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə