Gənc aktyor dəhşətli qəzada öldü - FOTO

Rusiyalı teatr və kino aktyoru, "Voroninlər" serialında rol alan Stanislav Kuroptev Yaroslavl-Moskva magistralında yük maşını ilə qəzaya düşüb. SİA xəbər verir ki, bu barədə onun dostu Denis Qaqarin məlumat verib.

O bildirib ki, 28 yaşlı Kuroptevin maşını yük maşınına çırpılıb. Aktyor və yük maşınının sürücüsü qəzanı müzakirə etmək üçün yolun kənarına çıxıblar, lakin bu zaman arxadan başqa bir yük maşını onların üzərinə sürüb. Nəticədə Kuroptev yerindəcə ölüb.

Aktyor doğulduğu Arxangelsk vilayətində dəfn olunacaq.

Kuroptevdən yalnız həyat yoldaşı yadigar qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə