Gənc aktrisa acl xatirələrini bölüşüb

Bir müddətdir ekranlardan uzaq qalan türk aktrisa Tuvana Türkay İzzet Antebi ilə münasibətini bitirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ayrılıq acısını dəf etmək üçün dostları ilə tətilə çıxan aktrisa özəl həyatı ilə gündəmdən düşmür.

Hər zaman gözəlliyi ilə gündəmə gələn məşhur aktrisa Türkay İzmirdə film çəkilişləri üçün kamera qarşısına keçib. Ötən gün obyektivlərə tuş gələn aktrisa "Xatirələrimin olduğu yerlərin qarşısından keçdim. Dayana bilmədim, içəri girdim. Çox duyğulu anlar yaşadım. Çox ağladım. Gözəl anların qədrini bilmək lazımdır” ifadələrindən istifadə edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə