Rusiyalı repçi Albina Səfərova dünyasını dəyişib

Rusiyalı repçi Albina Səfərova bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı ifaçı yüksək sürətlə hərəkət edən “Suzuki” markalı motosikletin sərnişin oturacağında olarkən avtomobillə toqquşub. Maşının bamperinə çırpılan Albina aldığı xəsarətlərdən yerindəcə vəfat edib.

Motosiklet sürücüsü isə sağ qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə