Antonio Banderas özünəməxsus paylaşım etdi - FOTO

Dünyaca məşhur ispan aktyor Antonio Banderas türk həmkarı Kerem Bürsinin doğum gününü təbrik edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında onun fotosunu paylaşıb.

Qeyd edək ki, ötən il “Malaga” film festivalında da aktyorun Kerem Bürsini xüsusi qonaq kimi səhnəyə dəvət etməsi və səhifəsində onunla şəkil yerləşdirməsi tədbirin ən çox müzakirəyə səbəb hadisələrindən biri olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə