"Kuruluş Osman"ın aktrisası narahatlığını dilə gətirdi - FOTOLAR

"Kuruluş Osman"da Alçiçek Hatun rolunu canlandıran aktrisa Miray Akay Ukraynada yaşayan ailəsi ilə bağlı açıqlama verib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, Akay bir neçə ailə üzvünün müharibədə həlak olduğunu deyib.

"Ailəmin bir hissəsi burada, bir hissəsi də orada yaşayır. Çox çətin zamanlardan keçirik. Ailə üzvlərimizdən bir neçə nəfəri itirdik. Onlar üçün çox narahatıq, lakin həyatımıza olduğumuz yerdən davam etməyimizi istəyirlər. Amma qadağalar qalxan kimi, oraya gedəcəyik", - aktrisa açıqlamasında qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə