AzTV-nin solisti son paylaşımları ilə diqqət çəkib - FOTO

"Səs Azərbaycan" müsabiqəsinin qalibi, AzTV-nin solisti Emiliya Yaqubova Britaniyadakı son paylaşımları ilə diqqət çəkib. SİA xəbər verir ki, sənətçi dünya pop səhnəsinin əvəzolunmaz ulduzu Beyonsenin konsertində iştirak edib.

Emiliya pop divanın "Renessans" adlı dünya turu çərçivəsində London şəhərinin "The Tottenham" stadionunda səhnə alıb.

Mükəmməl vokal, inanılmaz enerji və səhnə perfomansı ilə Beyonse onu izləməyə gələn minlərlə tamaşaçıları özünə valeh edib. Yaqubova həmin anları çəkərək sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Emiliya paylaşımına "Londonda "Renessans" dünya turu. Beyonse unudulmaz idi! Siz möhtəşəm idiniz! Gözəl ürəyiniz üçün təşəkkür edirəm! Mən sizi sevirəm" şərhini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə