İllərdir küsülü olan Xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlu birgə səhnəyə çıxıb məşhur duetlərindən bir neçəsini ifa ediblər. SİA xəbər verir ki, Bakı restoranlarından birində üz-üzə gələn məşhurların kadrları sosial mediada yayılıb. "Bağlanıram" duetini ifa edən ulduzların bu kadrlarda səmimi görüntüləri maraqla qarşılanıb.

Xatırladaq ki, Xalq artisti ilə Qaraçuxurlu uzun illər bir yerdə duet ortağı olublar. Həmçinin onların sevgi münasibətləri olduğu da iddia olunurdu. Lakin sənətçilər ayrılsa da, nadir hallarda məclislərdə birlikdə oxumağa davam edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə