Məşhur rejissorun səhhəti yenidən pisləşib

Rusiyalı məşhur rejissor Nikita Mixalkovun səhhəti yenidən pisləşib. SİA rus mətbuatına istinadən xəbər verir ki, rejissor yenidən Moskvadakı xəstəxanaların birinə yerləşdirilib. Ona ürəyin işində fasilələr və nəfəs darlığı diaqnozu qoyulub.

Hazırda Nikita mürəkkəb ürək aritmiyalarının cərrahi müalicəsi şöbəsindədir.

Qeyd edək ki, rejissor ilin əvvəlində koronavirus testi müsbət çıxmışdı. Kompüter tomoqrafiyasından keçdikdən sonra ona ağciyərlərinin zədələnmiş nahiyələrinin böyüməsi diaqnozu qoyulmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə