Rusiyalı teleaparıcı, müğənni və aktrisa Olqa Buzova Gürcüstana səfər etmək istəyir.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə İnstaqram hesabında yazıb.
Xatırladaq ki, Buzova Gürcüstan ərazisindən tranzit uçuşlarla maraqlanmağa başlayıb və bu hətta “Georgian Airways”də də müzakirə olunub.
Mətbuatın yazdığına görə, Buzova Ukraynadakı müharibəni bir sözlə dəstəkləməklə yanaşı, Rusiyanın işğal etdiyi ərazilərə də gedib. 2022-ci ilin oktyabrında o, Donetsk və Amvrosievkaya baş çəkib və yerli sakinlər üçün şəxsən humanitar yardım da aparıb.
Əvvəllər o, səfərbərlik başlayandan sonra ölkəni tərk edən rusları tənqid etmiş, hətta onlara mahnı da həsr etmişdi.
Rus saytlarının yazdığına görə, mayın 30-da Buzovanın İsrailin Hayfa və Beer Şeva şəhərlərindəki konsertləri xüsusi əməliyyata qarşı çıxan fəalların təzyiqi səbəbindən ləğv edilib.
Maraqlıdır, Buzovanı Gürcüstana buraxacaqlarmı?
Qeyd edək ki, bir gün əvvəl Ukraynadakı müharibəyə qarşı çıxan yazıçı Viktor Şenderoviç Gürcüstana buraxılmayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB